Avropa İttifaqının (Aİ) yeni hərbi doktrinası – “Aİ-nin strateji kompası” hazırlanır.
Unikal.org-un xəbərinə görə, bu barədə Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrel "Twitter"də bildirib.
“Bu gün Aİ-yə üzv ölkələrin müdafiə nazirləri Aİ-nin daha necə güclü təhlükəsizlik təminatçısı ola biləcəyini müzakirə edirlər. “Strateji kompas” bu məqsədə çatmaq üçün əsas elementdir”, - deyə Cozep Borrel qeyd edib.
Qeyd edək ki, daha öncə Brüsseldəki diplomatik mənbə jurnalistlərə bildirib ki, Aİ “Aİ-nin strateji kompası” adlanan strateji konsepsiyasının üzərində işləyir.
Xatırladaq ki, bu gün Aİ müdafiə nazirlərinin videokonfransı keçirilir və bu konsepsiya orada müzakirə olunur.