Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə keçirdiyi müşavirədə Dağlıq Qarabağdakı humanitar missiyanın işini və Rusiya sülhməramlılarının fəaliyyətini müzakirə edib.

Unikal.org xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

"Bu məzmunda Prezident müşavirə iştirakçılarını Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla baş tutan telefon danışıqları barədə də məlumatlandırıb”, - deyə kremlin sözçüsü vurğulayıb.

Onun sözlərinə görə, müşavirədə Rusiyada gündəlikdə duran müxtəlif aktual sosial-iqtisadi məsələlərə də toxunulub.