Ermənistanda müddətli hərbi xidmətdə olan hərbi qulluqçuların valideynləri Müdafiə Nazirliyi binasının önünə toplaşaraq övladlarının geri qaytarılmasını tələb ediblər. 

Unikal.org xəbər verir ki, valdeynlərdən biri jurnalistlərə açıqlamasında,  "Mən  müharibənin bitdiyini və övladlarımızın artıq geri qayıtmalı olduğunu söylədim. Müdafiə naziri isə dedi ki, xeyr onlar hələ ki orda qalmalıdır və vətənin sərhədlərini qorumalıdır. Mən isə  artıq Artsaxı itirdiyimiz, sabah Zənzəguru, bu gedişlə isə hətta İrəvanı da itirə biləcəcəyimizi dedim. Mənim 2 oğlum var, balaca oğlumu isə müharibəyə göndərməyəcəm. Əgər o getmək istəsə, onun başını kəsəcəm"- deyə etirazını bildirib.