Ermənistanda müxalif İslahatçılar Partiyasının üzvlərinə hücum olunub.
Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə partiya sədri Vahan Babayan "Facebook" səhifəsində yazıb.
Onun sözlərinə görə, hadisə etiraz aksiyası zamanı baş verib. Partiya üzvləri hakim "Mənim addımım" blokundan deputat olan Koryun Mıkırtıçyanı protest məqsədilə aksiya keçirdikləri zaman naməlum şəxslər onlara hücum edib və müxtəlif bədən xəsarətləri yetiriblər.
Hazırda polis hadisə yerində araşdırma aparır.