Belarusda "Telegram" sosial şəbəkəsi qadağan oluna bilər.

Unikal.org Belarus mətbuatına istinadən xəbər verir ki, sosial şəbəkələrlə bağlı qanuna yenidən baxılması gündəmdədir. Yeni qanun layihəsinin hazırlanması da müzakirə mövzusudur.

Belarus Prezident Administrasiyasının rəhbəri Andrey Kunseviç jurnalistlərə açıqlamasında bildirib ki, qanunda ən azından sosial şəbəkələrdə paylaşılan kontentlərlə bağlı rəsmi reqlamentin müəyyən edilməsi planlaşdırılır. İnsanların paylaşımlarına məhdudiyyət xarakteri daşıyan bu reqlamentlə bağlı Belarus cəmiyyətdə geniş narazılıq yaranıb.