Taylandda sel və daşqın nəticəsində insan tələfatı qeydə alınıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, şiddətli musson yağışları nəticəsində Taylandın cənubunda yerləşən yaşayış məntəqələrində sel baş verib. Sel həmçinin ətraf ərazilərdə axan çaylarda daşqınla müşayiət olunub.
Nəticədə böyük dağıntılar və sosial infrastrukturun ziyan görməsi ilə yanaşı, 5 nəfər həyatını itirib.