Ukrayna ilə Rusiyanın sərhədində insident baş verib.

Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.

Belə ki, 3 silahlı sərhəd pozucusu Ukraynadan Rusiya ərazilərinə keçməyə cəhd göstəriblər. Rusiya sərhədçiləri bu şəxsləri saxlamağa çalışarkən atəş açılıb. Qarşılıqlı atışma nəticəsində sərhəd pozucularından biri ölüb, ikisi isə qaçmağı bacarıb. Sərhədçilər arasında ölən və xəsarət alan olmayıb.