Türkiyə koronavirus pandemiyası ilə mübarizə çərçivəsində vaksinasiyaya başlayacaq.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, yerli vaksin istehsalı ilə yanaşı, xaricdən idxal da nəzərdə tutulub.
Bu barədə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışı zamanı məlumat verib. Onun sözlərinə görə, Türkiyə Çin və Rusiyadan vaksin almağı planlaşdırır.
"Hazırda bununla bağlı danışıqlar gedir. Mən özüm də vaksinasiyadan keçəcəyəm", - deyə Ərdoğan söyləyib.