Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı törədilən cinayətlərin statistikası açıqlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, erməni silahlı birləşmələrin təxribatları nəticəsində 100 mülki vətəndaş həlak olub, 416 isə yaralanıb.

Həmçinin 4186 yaşayış evi, 548 mülki obyekt, 135 çoxmərtəbəli bina yararsız hala düşüb.