Şəmkirdə evdə qaz partlayıb.

Unikal.org-un məlumatına görə, hadisə rayonun Morul kəndində qeydə alınıb. Kənd sakini, 1994-cü il təvəllüdlü Cavanşirli Şəhruz Elman oğlu ağır yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstəyə lazimi tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, həmin şəxs evdə qazın partlaması nəticəsində ağır yanıq xəsarəti alıb.

Hadisənin baş vermə səbəbləri araşdırılır.