Afrika qitəsində koronavirus əleyhinə vaksin ehtiyacı 750 milyon dozadır.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssislər 1.2 milyard əhalisi olan qitədə insanların minimum 60 faizinin vaksinasiyadan mütləq keçməli olduğunu hesab edir.

Böyük qismi inkişaf etməkdə olan Afrika ölkələri yoxsulluqdan və iqtisadi problemlərdən əziyyət çəkir. Bu miqdarda vaksini almaq üçün həmin ölkələrin maliyyə vəsaiti mövcud deyil. Hazırda Dünya Bankından humanitar məqsəd üçün güzəştli kreditlər alınması müzakirə olunur.