Xaçmaz rayonunun Çiləgir kəndində ümumi sahəsi 20 m² olan köməkçi tikilidə yanğınla nəticələnən partlayış baş verib.

Unikal.org  Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, partlayış dalğasının təsirindən tikilinin pəncərəsi çərçivədən çıxıb.

Yanğın nəticəsində tikilinin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb. Hadisə zamanı xəsarət almış 1 nəfər Təcili və Təxirəsalınmaz Tibbi Yardım tərəfindən xəstəxanaya aparılıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.