Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Lənkəran rayonunun sosial-iqtisadi inkişafında müstəsna xidməri olub. Bu xidmətləri həmişə yüksək dəyərləndirən lənkəranlılar Ulu Öndərin xatirəsini daim əziz tutur, ehtiramla yad edirlər.

Unikal.org xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə rəşadətli ordumuzun Vətən müharibəsində erməni faşıstləri üzərində qazandığı parlaq qələbənin sevinci yaşanan Lənkəranda Ümummilli Liderin vəfatının 17-ci ildönümü ilə əlaqədar olaraq anım tədbirləri də keçirilir.

Bu münasibətlə dekabrın 12-də Lənkəran şəhərində Heydər Əliyev xatirə parkında Ulu Öndərin əzəmətli abidəsi ziyarət olunub. Lənkəran ŞİH başçısı Taleh Qaraşov, İcra aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının, ictimai-siyasi təşkilatların rəhbərləri, RİİB-in könüllüləri, ictimaiyyət nümayəndələri pandemiya ilə əlaqədar karantin qaydalarına uyğun olaraq təmas məsafəsi saxlamaqla Ulu Öndərin abidəsi qarşısına gəlib önünə tər çiçəklərlər düzməklə dahi rəhbərin xatirəsini ehtiramla yad ediblər.