Dağlıq Qarabağda bütün təmas xəttində atəşkəs müşahidə olunur. Yalnız dekabrın 11-də Hadrut bölgəsində bir qayda pozuntusu qeydə alınıb.

Unikal.org xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.

"Atəşkəs bütün təmas xəttində müşahidə olunur. Dekabrın 11-də Hadrut bölgəsində atəşkəsin bir dəfə pozulması qeydə alınıb. Rus sülhməramlılarının fəaliyyəti vəziyyətin daha da gərginləşməsinin qarşısını alıb", - deyə Rusiya MN bəyan edib.