Təhsil naziri Emin Əmrullayev Vətən Müharibəsi dövründə ölən və yaralanan şagirdlərin sayını açıqlayıb.

Unikal.org xəbər verir ki, nazir həmçinin cari ilin 27 sentyabr tarixindən etibarən 6 həftədən artıq davam etmiş Ermənistan hərbi qüvvələrinin hücumları nəticəsində 10 şagirdin həlak olduğunu, 16 şagirdin yaralandığını, 54 təhsil müəssisəsinin isə müxtəlif dərəcəli dağıntılara məruz qaldığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, dəymiş zərərin aradan qaldırılması istiqamətində müvafiq addımların atıldığını bildirib.