Bakı-Qazax magistralının Hacıqabul rayonu Nəvahi kəndi ərazisindən keçən hissəsində ölümlə nəticələnən yol qəzası baş verib.

Unikal.org xəbər verir ki, Saatlı rayon sakini, 1958-ci il təvəllüdlü Şükürov Ağabala Bəybaba oğlu idarə etdiyi “Mercedes” markalı 99 HC 853 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq aşıb.

Nəticədə sürücü hadisə yerində ölüb. 

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.