Bakıda şadlıq evində yanğın olub.

Unikal.org FHN-ə istinadən xəbər verir ki, dekabrın 16-da Bakı şəhərinin Binəqədi rayonunda ikimərtəbəli şadlıq evinin birinci mərtəbəsində ümumi sahəsi 120 m² olan dönər evinin mətbəxində odun kömürü 20 kisə, elektrik sayğacı, elektrik qoruyucusu 10 ədəd və kabel yanıb. Yanğın söndürülüb.