Şuşada dəfn edilən iki ədibimizin məzarı tapılıb.
Unikal.org xəbər verir ki, hazırda Şuşada hərbi xidmətdə olan əsgərlərimiz Elşən və Amid böyük şairlərimiz Qasım bəy Zakir və Mirzə Ələsgər Növrəsin məzarını tapıblar.
Hər iki qəbir erməni vandalları tərəfindən tanınmaz hala salınıb.
Qeyd edək ki, Azərbaycan şairi Qasım bəy Zakir 1784-cü ildə Şuşa doğulub.1857-ci ildə elə Şuşada da vəfat edib. Digər Azərbaycanlı şair Mirzə Ələsgər Növrəs də 1836-cı ildə Şuşa anadan olub, 1912-ci ildə Şuşada da vəfat edib.