Dünyada 700 milyondan çox insan içməli su çatışmazlığından əziyyət çəkir.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə beynəlxalq hesabatlarda məlumat dərc olunub.
Afrika və Asiya qitələrində səhra və yarımsəhra iqlimi ilə yanaşı, bir sıra inkişaf etmiş ölkələrdə də analoji problemlərin mövcud olduğu vurğulanıb. Təkcə ABŞ-da 1 milyondan çox insanın içməli suya əlçatanlığının olmadığı ifadə olunub. Çıxış yolu kimi şirin su hövzələrinin çirkləndirilməsinin qarşısının alınması, alternativ mənbələrdən istifadə, dəniz suyunun içməli suya çevrilməsi tədbirləri və s. tövsiyə olunub. Əks təqdirdə gələcəkdə su qıtlığının kritik qlobal problemə çevriləcəyi ilə bağlı həyəcan təbili çalınıb.