Dünyada qlobal problemə çevrilən koronavirus insanların həyat tərzini dəyişdirməsinə səbəb olub.
Unikal.org xəbər verir ki, isanların əksəriyyəti virusdan və digər hadisələrdən qorunmaq üçün "Qiyamət Sığınacaqları"na üz tuturlar.
"The Vivos Group"un təsisçisi və prezidenti Robert Vicino bu məqsədlə Cənubi Dakotada "Vivos x Point" layihəsini həyata keçirməyə başlayıb
O, ABŞ ordusunun istifadə etdiyi ərazilərdə koronavirusdan təcrid olunan insanların sağlam və rahat yaşayışı üçün yeraltı evlərin inşasının bitdiyini bildirib. Hətta bəzi ailələr özlərini "ən pis ssenari" yə hazırlamaq üçün evlərini tərk edərək bu yeraltı evlərə köçdüyünü də ifadə edib.
Vicino bu layihəni "epik sağ qalma prioriteti" kimi xarakterizə edib və ilk dəfə bu fikri təxminən 40 il əvvəl düşündüyünü söyləyib.
Vicinoya görə, bu sığınacaqlar təmiz su təmin edən dərin yeraltı quyular, havanı təmizləyən filtrlər və təzə qida yetişdirmə qabiliyyəti sayəsində ən azı bir il davamlı yaşayış sahəsinə sahibdirlər.O, bu sığınacaqların 57.000 dollara başa gəldiyini, alıcıların sahib olmaq üçün minlərlə dollar daha çox pul ödədiyini də qeyd edib.
Gülayə Mecid