Yəməndə humanitar fəlakət baş qaldırıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, mərkəzi Yəmən hökumətinin, husi üsyançılarının, İran, Səudiyyə Ərəbistanı və BƏƏ qüvvələrinin ortasında qalan Yəmən əhalisi aclıq və tibbi ləvazimatlar qıtlığı yaşayır. Silahlı toqquşmalar, hərbi münaqişə bir tərəfdən də humanitar fəlakət ortaya çıxarıb. Beynəlxalq ekspertlər həyəcan təbili çalır.
Yəməndən olan bir qrup ictimai xadim də dünya birliyinə müraciət ünvanlayıb. Türkiyə başda olmaqla, dünya ölkələrinin Yəmən xalqını xilas etməsi ilə bağlı çağırış edilib. Qida çatışmazlığı, tibbi xidmətin yoxluğu milyonlarla insanın həyatını təhlükə altına qoymağa davam edir.