İtkin düşmüş erməni əsgərlərin valideynləri Ermənistan Müdafiə Nazirliyinin binasına daxil olub.

Unikal.org xəbər verir ki, valideyinlər nazirlikdən izahat tələb edib, axtarış işlərinin gedişatı barədə ətraflı məlumat almaq istəyirlər. Hazırda onlar Müdafiə Nazirliyinin nümayəndələri ilə görüşün keçirilməsini tələb edirlər.

Qeyd edək ki, artıq bir aya yaxındır ki, itkin düşmüş erməni hərbi qulluqçuların valideynləri övladlarının geri qaytarılması tələbi ilə etiraz aksiyaları keçirirlər.