"Brexit"lə bağlı gərgin danışıqlar prosesi davam edir.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, balıqçılıq sahəsində aparılan danışıqlar da uğursuzluqla nəticələnib. Proses yenidən ertələnib. Böyük Britaniya tərəfi Avropa İttifaqı ilə balıqçılıq sahəsində yekun anlaşma əldə olunmazsa, balıqçılıq sənayesinin işini hərbi donanma ilə birgə qurulacağını bildirib. Dənizə balıqçı gəmiləri və vətəgələr hərbi gəmilərin müşayiəti ilə çıxa bilər.
Qeyd edək ki, Böyük Britaniya həm Şimal dənizində, həm də La-Manş boğazında Avropa İttifaqının üzv ölkələri ilə su sərhədlərinə malikdir. Anlaşmanın əldə olunmaması münasibətləri daha da gərginləşdirə bilər.