Ağcabədidə iki avtomobilin toqquşası bir nəfərin ölümünə səbəb olub.

Daxili İşlər Nazirliyinin mətbuat  xidmətindən Unikal.org-a verilən xəbərə görə, rayonun Qaravəlli kəndi ərazisində kənd sakini Mehdi Ağayevin idarə etdiyi “VAZ-2107” və Bərdə rayon sakini N.Məmmədovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə M. Ağayev aldığı xəsarətlərlə xəstəxanaya aparılarkən yolda ölüb.     

Faktla bağlı Baş İstintaq və təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.