Ermənistanda baş nazir Nikol Paşinyanın istefası tələbləri səngimək bilmir.
Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu dəfə eyni tələblə müxalif Vətən Partiyasının funksioneri Arsen Babayan çıxış edib.
Babayan qeyd edib ki, Nikol Paşinyan hakimiyyətdə olduğu müddətcə erməni xalqının gələcəyi üçün heç bir iş görülə bilməyəcək. Hər şey onun istefasına bağlıdır.
"Yaxşı şeylər olmasını istəyiriksə, Paşinyan təcili şəkildə istefa verməlidir. Bununla yanaşı, ədalətin təmin olunması üçün Nikol Paşinyan cinayət məsuliyyətinə cəlb olunmalıdır. Məğlubiyyətlərə görə o cavabdehdir. Bizə yeni hakimiyyət lazımdır. Hansı ki, Azərbaycanla danışıqlar aparmaq iqtidarında olsun. Paşinyan bunu bacarmır. Onun bu prosesdəki iki illik fəaliyyətinin nəticələri göz önündədir", - deyə Arsen Babayan əlavə edib.