Ermənistan prezidenti Armen Sarkisyan müxalifət qüvvələri ilə baş nazir Nikol Paşinyana qarşı ittifaq qurmağa davam edir.
Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu dəfə Ermənistan prezidenti müxalif İşıqlı Ermənistan Partiyasının sədri Edmon Marukyanı qəbul edib.
Prezidentin mətbuat xidməti ənənəvi olaraq görüşün əsas mövzusunun Ermənistandakı ümumi ictimai-siyasi vəziyyət olduğunu bildirib. Mətbuat xidməti Armen Sarkisyanın bütün müxalifət qüvvələri ilə, o cümlədən Serj Sarkisyan və Robert Koçaryanla görüşlərini bu formada təqdim edib və detallar barədə məlumat verməyib.
Ermənistan mətbuatı isə bu görüşü də Paşinyana qarşı ittifaq quruculuğu işlərinin davamı olduğu barədə bilgilər yayıb. Nikol Paşinyanın devrilməsindən sonra siyasi qüvvələr arasında postların bölüşdürülməsi prosesi getdiyi bildirilib.