Peruda zəlzələ baş verib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Arekvipa şəhərinin yaxınlığında baş verən zəlzələnin ocağı yerin 93 kilometr dərinliyində yerləşib. Ölən və ya xəsarət alanlarla bağlı məlumat qeeydə alınmayıb. Dağıntılar var. Sunami təhlükəsi ilə bağlı açıqlama verilməyib.
Qeyd edək ki, Sakit okean "odlu qurşağı"nda yerləşən Latın Amerikası ölkəsi Cənubi Amerikanın qərb sahillərində dağlıq bir ölkədir. Seysmoaktiv regionlardan biri hesab edilir.