Bakıda oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a bildirilib ki, Xətai Rayon Polis İdarəsi 34-cü Polis Şöbəsi əməkdaşlarının oğurluq etdiyinə görə tutulmuş S.Həsənovun ətrafında apardıqları əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki 3 mənzildən ümumilikdə 2010 manat pul, 5350 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.