ABŞ-ın 50 ən zəngin ailəsinin məcmu varidatı 2015-ci ildən bu yana 30 faiz artaraq 1,2 trilyon dollara çatıb.
Unikal.org xəbər verir ki, “Forbes” tərəfindən tərtib olunmuş reytinqə daxil edilmiş ailələrin varidatı 7,3 milyard ABŞ dolları və daha artıqdır.
Həmin reytinqə “Walmart” onlayn alış-veriş portalında 50 faiz pay sahibi, 247 milyard ABŞ dolları varidatı olan Uoltonlar ailəsi başçılıq edir. İkinci yerdə “Koch İndustries” şirkətində 84 % paya malik, 100 milyard ABŞ dolları ilə Kox ailəsi, üçüncü yerdə “Mars İnc.” şirkətinin sahibi, 94 milyard ABŞ dolları varidata sahib Marslar ailəsi qərarlaşıb.