Belçikanın dövlət naziri Eva Debliker səhvən vaksinlərin tədarük qiymətini açıqlayıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, nazir yanlışlıqla "Twitter" səhifəsində vaksinlərin idxalı ilə bağlı qiymət cədvəlini paylaşıb.
Cədvələ görə, Avrop İttifaqı "Oxford/AstraZeneca" vakisinlərini 1,78 avroya, "Johnson & Johnson" vaksinlərini 8,50 dollara, "Sanofi/GSK'" vaksinlərini 7,56 avroya, "BioNTech/Pfizer" vaksinlərini 12 avroya, "CureVac" vaksinlərini 10 avroya və "Moderna" vaksinlərini isə 18 dollara tədarük edəcək.