Xırdalan Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ)  xidməti ərazisinə daxil olan 28 may və Nübar qəsəbələrində 18 dekabr 2020-ci il tarixində saat 13:00-dan etibarən gün ərzində elektrik enerjisinin verilişində qısamüddətli fasilə yaranacaqdır.

Unikal.org xəbər verir ki, fasilənin yaranmasına səbəb “Azərenerji” ASC-nin  tikilməkdə olan 330 kVt-luq Qobu elektrik stansiyasına böyük həcmli yüklərin gətirilməsi ilə əlaqədardır
Yaranacaq narahatlığa görə istehlakçılardan üzr istəyirik!
aliyeva