Cənubi Koreyada maraqlı hadisə yaşanıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, 2000-ci ildə səhvən həbs olunmuş şəxs 20 il günahsız yerə türmədə qalmalı olub. İndi onun günahsız olduğu üzə çıxıb və azad edilib.
Belə ki, 1988-ci ildə bir uşağa təcavüz etməkdə ittiham olunan şəxs 2000-ci ildə məhkəmənin hökmü ilə azadlıqdan ömürlük məhrum edilib. 20 il həbsdə qaldıqdan sonra təsadüfən onun günahsız olduğu üzə çıxıb. Məhkum edilmiş şəxsdən rəsmən üzr istənilib.