Gürcüstanda son sutka ərzində 1 731 nəfər koronavirusa yoluxub, 39 pasiyent vəfat edib.
Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi saytında məlumat yer alıb.
Ölkə üzrə ümumi yoluxma sayı 208 638-ə çatıb. İndiyədək 180 441 xəstə sağalıb, 2 094 nəfər dünyasını dəyişib. Hazırda karantində 481, stasionar nəzarətdə isə 6654 nəfər saxlanılır.
Qeyd edək ki, son vaxtlar Gürcüstanda yoluxma sayında ciddi artım müşahidə edilir.