Rus sülhməramlıları Dağlıq Qarabağda minalardan təmizləmə işlərini davam etdirirlər.

Unikal.org xəbər verir ki, ümumilikdə 218 hektardan çox ərazi və 1100 metr yol təmizlənib. Humanitar Minalardan Təmizləmə Mərkəzinin Xankəndi şəhəri və ona bitişik ərazilərdəki mühəndis qrupları tərəfindən aparılan işlər zamanı 416 ədəd partlayıcı maddə aşkar edilib və hamısı məhv edilməsi üçün poliqona aparılıb.