Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Ruslan Tağıyev Ermənistan silahlı qüvvələrinin işğalı altında olan ərazilərin azad edilməsi üçün başlayan Vətən müharibəsi zamanı Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

Unikal.org xəbər verir ki, İsmayıllı rayon sakini olan 38 yaşlı Ruslan Tağıyev noyabrın 4-də Laçın istiqamətində gedən döyüşlər zamanı şəhid olub. O, 2-ci Fəxri xiyabanda dəfn olunub. Onun hərbidə olduğu müddətdə necə xidmət etməsi aldığı medallardan, dəfələrlə təltif olunması və mükafatlandırılmasından aydın görünür. Vətən müharibəsinə qatılanda da göstərdiyi igidlikləri döyüş yoldaşları valideynlərinə danışıb.

Qeyd edək ki, Ruslan ölümündən sonra "Vətən uğrunda" və ''İgidliyə görə'' medalları ilə təltif edilib.