Dekabrın 23-dən etibarən İsrail xarici vətəndaşların ölkəyə girişinə qadağa qoyur və ölkəyə qayıdan ölkə vətəndaşları üçün xüsusi mərkəzlərdə məcburi karantin elan edir.

Unikal.org  "TASS"a istinadla xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu məlumat verib.

“Koronavirusla bağlı hökumət komissiyasının iclası indicə başa çatdı. Mən ölkə səmasının bağlanması barədə dünən axşam qərar qəbul etdim. Xarici vətəndaşlar diplomatlar kimi istisnalar olmaqla ölkəyə gələ bilməyəcək”, - deyə B.Netanyahu bildirib.