“Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 254 nəfər ölüb.
"Bu, COVID-19-dan ölüm üzrə Türkiyədə ən yüksək göstəricidir”.
Unikal.org xəbər verir ki, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyənlərlə birlikdə 19 103 nəfər COVID-19 xəstəsi olaraq qeydiyyata alınıb.
Bu gün sağalan xəstə sayı 18 351, ağır xəstə sayı isə 5192 nəfər olub.
Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus simptomları da müəyyən edilməyən 2 043 704 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 1 835 705 nəfər sağalıb, 18 351 nəfər isə ölüb.