Fransa “böyük demokratik xalqların yolu ilə getməli” və 2008-ci ildə İtaliyanın Liviyaya (3,4 milyard avro), Birləşmiş Krallığın Keniyaya, Kanadanın amerikalı hindulara, Avstraliyanın aborigenlərə, Fransanın özünün I və II Dünya müharibələri zamanı Almaniyanın onun ərazilərini işğal etməsinə görə milyardlarla avro ödətdirdiyi təzminatlar kimi, indi özü də Əlcəzairə təzminat ödəməlidir.
Unikal.org xəbər verir ki, Fransanın Əlcəzair müstəmləkəçiliyi ilə bağlı hesabat hazırlandığı vaxtda bu fikirləri əlcəzairli tarixçi Seddik Larkeş səsləndirib.
O bildirib ki, Fransa Əlcəzairdə törətdiyi cinayətləri və müstəmləkə ziyanını maddi cəhətdən bərpa etmək - təzminat ödəmək öhdəliyindən qurtula bilməyəcək. Təzminatın məbləği 100 milyard avro civarında qiymətləndirilir.
Əlcəzairin paytaxtındakı “Dey” xəzinəsinin (təxminən 4 milyard avro) oğurlanması, 1830-cu ildən 1962-ci ilədək bir neçə yüz minlərlə insana qarşı cinayətlər, milyon hektarlarla torpağın oğurlanması, əhalinin demək olar əksəriyyətinin savadsızlığı, 1978-ci ildən Fransanın bu ölkədə apardığı nüvə və kimyəvi sınaqların insan həyatına və təbiətə vurduğu faciəvi nəticələr hesablandıqdan sonra dəqiq məbləğ müəyyən edilməlidir.
Xatırladaq ki, son günlər hər iki ölkənin prezidenti bununla bağlı telefon danışığı aparıblar. Fransanın təzminat ödəməsinə dair hesabatın yanvar ayında hazır olacağı qeyd edilib.