Əlcəzair Fransadan müstəmləkə dönəminə və soyqırımına aid tarixi sənədləri tələb edib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Fransaya bununla bağlı rəsmi müraciət edilib.
Əlcəzair tərəfi müstəmləkə dönəmində baş vermiş faciələri unutmayacağını, Fransanın törətdiyi əməlləri araşdıracağını bəyan edib. Bu mövzu ilə bağlı Fransa və Əlcəzair arasında 4 ildən çoxdur ki, diplomatik qalmaqal davam edir.
Qeyd edək ki, Osmanlıdan Şimali Afrikanın bir hissəsini almış Fransa burada müstəmləkə koloniyası qurmuşdur. Sərvətlərin talanması, soyqırımı qətliamı və digər cinayətlərdə ittiham edilir.