İran Rusiya ilə neft-qaz sahəsində texnoloji əməkdaşlıq edəcək.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İranın neft naziri Becan Nəmdar Zənqane məlumat verib. O Rusiyalı həmkarları ilə görüşüb razılığa gəldiklərini və neft-qaz sahəsində əməkdaşlığı texnoloji səviyyədə inkişaf etdirəcəklərini bildirib.

"Rusiya son illərdə dünyanın neft bazarında sabitliyi bərqərar edən rola malik olmuşdur", - deyə nazir əlavə edib.