Afrika qitəsində koronavirusa yoluxanların sayı 2 milyon 540 mini ötüb.

Unikal.org "Worldometers"ə istinadən xəbər verir ki, son 24 saatda qitədə 16 599 yeni yoluxma faktı aşkarlanıb. Həmçinin 429 yeni ölüm qeydə alınıb.

Bununla da qitədə COVID-19-a yoluxanların ümumi sayı 2 milyon 540 min 280-ə, ölənlərin ümumi sayı isə 59 624-ə çatıb. Ən çox yoluxma CAR, Misir və Mərakeşdə müşahidə olunub.