Belarus Xarici İşlər nazirinin müavini Oleq Kravçenko vəfat edib.

Unikal.org xəbər verir ki, bu barədə Belarus XİN-in mətbuat katibi Anatoli Qlaz bildirib.

“Oleq Kravçenko qəfildən vəfat etdi”, - deyə mətbuat katibi vurğulayıb, lakin diplomatın ölüm səbəbi açıqlamayıb.