İsraillə Fələstin arasındakı gərginlik yenidən alovlanıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, İsrailin Qəzza zolağında bir neçə nöqtəyə hava zərbəsi endirdiyi bildirilib. İsrail tərəfinin rəsmi açıqlamasında HƏMAS təşkilatına aid raket istehsalı ilə məşğul oan bəzi hərbi sənaye müəssisələrinin hədəf alındığı bəyan edilib.
Fələstin tərəfi isə yaşayış məntəqələrinə hava zərbələri endirildiyini iddia edib. İsrail həmçinin Qəzzadan İsrailin bəzi bölgələrinə raket hücumları olduğu, "Dəmir Qübbə" hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilməsi barədə məlumat verib.