Belçikanın şimalındakı Mol qəsəbəsində yerləşən qocalar evində 18 ahıl dünyasını dəyişib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bir neçə gün öncə Milad şənliyi üçün qocalar evinə gəlmiş Şaxta babanın test nəticələrinin pozitiv olması barədə məlumat daxil olub. Şənlik zamanı demək olar heç kimin maska taxmadığı üzə çıxıb.

Qocalar evində aparılan COVID-19 testlərinin nəticələri ağır olub. 121 sakin və 36 işçinin virusa yoluxduğu aşkar edilib. Şaxta babanın ziyarətindən sonra 18 xəstənin öldüyü bildirilib.