Cənubi Koreyada Böyük Britaniyadan gələn üç nəfərdə koronavirusun yeni ştammı aşkarlanıb.
Unikal.org xəbər verir ki, bu barədə Cənubi Koreyanın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (KCDC) məlumat yayıb.
Dekabrın ortalarında Britaniyada koronavirusun yeni variantı aşkar edilib. Virusun yeni variantı, ilkin hesablamalara görə, həmişəkindən 70% daha çox yoluxucu ola bilər, bununla belə, hələlik onun ölümcül olduğunu və ya xəstəliyin daha ağır bir gedişinə yol açacağını təsdiqləyən ciddi bir fakt yoxdur. Koronavirusun yeni ştammı artıq səkkiz ölkədə aşkar edilib.
Cənubi Koreya, Rusiya da daxil olmaqla bir sıra ölkələr Britaniyaya uçuşları dayandırıb.