2020-ci ildə dünyanın bir çox yerində baş verən təbii fəlakətlər insan yaşamına mənfi təsir etməklə yanaşı, qlobal problem Covid-19 infeksiyası da sonrakı prosesləri çətinləşdirdi.
Unikal.org-un məlumatına görə, 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində ortaya çıxan koronavirus 200-dən çox ölkəyə və bölgəyə yayılaraq pandemiyaya çevrilib.
Həmçinin, 2019-cu ildə Avstraliyada başlayan meşə yanğınları, ölkənin Yeni Cənubi Uels əyalətini 2020-ci ilin mart ayına qədər yanmağa davam edib. Ölkə tarixinin ən dağıdıcı fəlakətlərindən biri kimi qeyd olunan yanğında 2020-ci ildə 33 nəfər, ümumilikdə 445 nəfər ölüb və 13 milyon hektardan çox torpaq yanıb. Dünya Vəhşi Təbiət Fondu (WWF) Avstraliyada aylardır davam edən yanğınlarda 1,25 milyard heyvanın tələf olduğunu da bildirir.
Afrikada ilin əvvəlində başlayan və uzun müddət təsirli olan son 70 ilin ən böyük çəyirtkə istilası yaşandı. Birləşmiş Millətlər Təşkilatının Kənd Təsərrüfatı və Qida Təşkilatının (FOA) məlumatlarına görə, Kenya, Cənubi Efiopiya və Somalidəki çəyirtkə istilası 200 min hektardan çox əraziyə ziyan vuraraq milyonlarla insanın qida əldə etmək imkanlarını təhlükəyə atıb.
2020-ci ildə zəlzələ, yanğın və fırtına dünyanın müxtəlif yerlərində həyatı dayandırdı. Daşqınlar nəticəsində dünya miqyasında milyonlarla əkinçilik ərazisi su altında qaldı, yüz minlərlə heyvan tələf oldu.
2020-ci ilin təbii fəlakətlər siyahısını təqdim edirik:
1 yanvar
İndoneziyanın paytaxtı Cakartada güclü yağışların səbəb olduğu sel və torpaq sürüşməsi nəticəsində 66 nəfər həyatını itirib və fəlakət səbəbiylə təxminən 173 min adam məcburi köçkün olub.
12 yanvar
Filippininin paytaxtı Manila yaxınlığında ölkənin ən aktiv vulkanlarından biri olan Taaldakı partlayışın təsiriylə 39 nəfər həyatını itirib. Fəlakət bölgəsindən təxliyə olunanların sayı 82 mini ötüb.
25 yanvar
Braziliyanın cənub-şərqində leysan yağışların yaratdığı daşqın və torpaq sürüşməsi 66 nəfərin həyatına son qoyub. Son 110 ilin ən pis yağışını görən ölkədə sel və torpaq sürüşməsi səbəbindən evsizlərin sayı 35 min nəfəri keçib.
13 aprel
ABŞ-ın cənub ştatlarına təsir edən fırtına və qasırğa nəticəsində 19 nəfər həyatını itirib, yüzlərlə ev və bina zərər görüb. Ən azı 150 milyon insan pis hava şəraitindən təsirlənib. Təxminən 11 ştatı təsir edən leysan və qasırğa səbəbi ilə 860 mindən çox insan işıqsız qalıb.
29 aprel
Şərqi Afrika ölkələrindən biri olan Keniyada güclü yağışların səbəb olduğu sel və torpaq sürüşməsi nəticəsində 219 nəfər həyatını itirib. Bölgədəki fəlakət səbəbiylə 100 mindən çox insan məcburi köçkün olarkən, 1586 evi su altında qalıb. 3 min 300 dekar əkinçilik ərazisinin də ziyan gördüyü açıqlanıb.
7 may
Ruandada güclü yağışların səbəb olduğu sel və torpaq sürüşməsi nəticəsində 65 nəfər ölüb. Daşqından təsirlənən 6 vilayətdə 5 körpü dağıdılın, 100-ə yaxın evi su basıb.
8 may
İranın paytaxtı Tehranda baş verən 5.1 bal gücündə zəlzələdə 2 nəfər həyatını itirib, 33 nəfər yaralanıb.
19 may
Çinin cənubundakı 5 bal gücündə zəlzələdə 4 nəfər ölüb.
21 may
Son illərdə bölgədəki ən böyük qasırğalardan biri olaraq görülən Hindistan və Banqladeşin sahil bölgələrini təsir edən Amfan qasırğası nəticəsində 97 nəfər həyatını itirib. Fəlakət səbəbiylə Qərbi Bengaliyada 500 min və Odişada 100 mindən çox insan sığınacaqlara yerləşdirilib. Qasırğa səbəbindən Hindistan və Banqladeşdə təxminən 3 milyon insan təxliyə edilib.
18 iyun
Nigeriyada güclü yağışların səbəb olduğu daşqınlarda ən az 200 nəfər ölüb. Daşqınlardan təxminən 160 min insan zərər çəkib, on minlərlə hektar əkin sahələri də su altında qalıb.
4 iyul
Yaponiyanın cənub-qərbindəki Kyushu bölgəsində daşqın və torpaq sürüşməsi nəticəsində 63 nəfər həyatını itirib. Ölkədəki 10 əyalətdə 92 çay və çay yatağı daşıb, daşqın bəzi körpülərin uçmasına, ağacların yıxılmasına, yolların dağılmasına və minlərlə evin su basmasına səbəb olub. Kyuşuda yaşayan 1,3 milyon insan üçün təxliyyə edilib.
13 iyul
Hindistanın Assam əyalətində leysan yağışların yaratdığı sel və torpaq sürüşməsi nəticəsində 128 nəfər həyatını itirdi. 2 mindən çox kənd su altında qalarkən, 60 mindən çox insan əyalətdəki düşərgələrə sığındı. 100 min hektardan çox əkin sahəsinin zədələndiyi fəlakətdən 2,8 milyon insanın zərər çəkdiyi bildirilir.
1 avqust
Sudanda güclü yağışların yaratdığı sel fəlakətlərində 114 nəfər ölüb. Daşqınlar nəticəsində 100 min bina ziyan görərkən, təxminən 108 min iribuynuzlu heyvan tələf olub. Sudanda daşqın səbəbindən təcili vəziyyət elan edilib. Daşqınlarda yüz min hektar əkinçilik ərazisi də zərər görüb.
12 avqust
Yəməndə güclü yağışların yaratdığı sel fəlakətində 174 nəfər öldü. Daşqın minlərlə sığınacaq və evi dağıdıb, minlərlə ailəyə ziyan dəyib.
15 avqust
ABŞ-ın Kaliforniya əyalətindəki meşə yanğınlarında 7 nəfər ölüb. 100 mindən çox insanın evlərini tərk etməli olduğu bildirilir. Yanğında ən azı 1200 ev külə dönüb.
26 avqust
Əfqanıstanın şimalında güclü yağışların yaratdığı daşqınlar 150-dən çox insanın ölümünə səbəb olub.
8 oktyabr
Vyetnamda güclü yağışın səbəb olduğu sel və torpaq sürüşməsi nəticəsində 84 nəfər ölüb. Ölkədə 52 min 933 evi su basdı, 24 min 734 evə ciddi ziyan dəydi. 107 min 500 hektardan çox əkin sahəsinin zədələndiyi sellərdə 461 min iribuynuzlu heyvan məhv edilib.
28 oktyabr
Vyetnamda təsirli olan Malove tayfunu səbəbindən 35 nəfər ölüb. Saatda 150 kilometr sürətə çatan tayfun səbəbindən Quang Namda təxminən 56 min ev uçub. Fəlakət səbəbiylə 40 mindən çox insan evlərindən çıxarılıb.
4 Noyabr
Orta Amerika ölkələrini vuran Eta qasırğası səbəbindən Honduras, Guatemala, Panama və Nikaragua’da təxminən 200 nəfər ölüb. Qasırğa nəticəsində yağan güclü yağışlar minlərlə evə zərər yetirib, 100-dən çox yol və körpü yararsız hala düşüb.
13 Noyabr
Filippində "Vamco" tayfununun yaratdığı daşqınlar nəticəsində 67 nəfər ölüb, 21 nəfər yaralanıb. Fəlakət səbəbiylə kənd təsərrüfatı məhsullarına dəyən ziyan 24 milyon dolları keçərkən, tayfun səbəbindən 25 min 852 ev zərər görüb.
9 dekabr
Yeni Zelandiyanın şimalındakı Uhakaari vulkanında baş verən partlayış nəticəsində 21 nəfər ölüb.