Türkiyənin Kayseri şəhərində İŞİD terror rəşkilatına mənsub olan 7 şəxs həbs edilib.
Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, eyni vaxtda 5 müxtəlif ünvana keçirilən basqın nəticəsində 7 İŞİD-çi saxlanılıb. Əməliyyat nəticəsində müəyyən maddi sübutlar da ələ keçirilib. Həbs edilmiş 7 şəxsin hamısı ərəb əsilli Suriya vətəndaşlarıdır.
Saxlanılan şəxslərin 2011-2015-ci illərdə Suriyanın Hələb şəhəri ətrafındakı müxtəlif terror fəaliyyətlərində iştirak etdiyi bildirilir. Hazırda araşdırmalar davam etdirilir.