AR eynəkləri "Apple Glass" gözləniləndən daha tez təqdim oluna bilər. 

Unikal.org xəbər verir ki, Bloomberg, MacRumor və digər şirkətlərin analitikləri eynəklərin 2023-cü ildən əvvəl təqdim olunacağını düşünürlər. Yeni patent müraciətləri də "Apple"ın bu mövzuda işləri sürətləndirdiyini göstərir.

İstifadəçilər bu ağıllı eynəkləri iPhone-a qoşduqdan sonra linzada mətn mesajlarını, elektron poçtları, xəritələri, oyunları görə biləcəklər. Həmçinin "Apple Glass"ın "optik komponentlər" ilə miyopik insanların ehtiyaclarını qarşılamaq üçün avtomatik tənzimlənəcəyi də iddia edilir.