ABŞ hüquq-mühafizə orqanlarının əməkdaşları hesab edir ki, Rokford şəhərində üç nəfərin ölümü və üç nəfərin yaralanması ilə nəticələnən silahlı insident hərbçi Dyuk Uebb tərəfindən törədilib.
Unikal.org xəbər verir ki, bu barədə polis rəisi Daniel Oşi keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, barda baş verən atışmada üç nəfər qətlə yetirilib. Eyni zamanda 14 yaşlı yeniyetmə, 16 yaşlı qız və 62 yaşlı kişi yaralanıb.