Belçikada koronavirus əleyhinə vaksinasiya prosesi başlanıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, ilkin mərhələ artıq start götürüb. 11 milyon əhalisi olan ölkədə minumum 70 faizin vaksinlənməsi hədəflənir. İlk vaksin 96 yaşlı qadına vurulub. Prioritet qocalar və ictimai obyektlərdə çalışanlardır.
"BioNTec-Pfizer" vaksinləri Belçika ilə yanaşı, bir sıra Avropa İttifaqı ölkələrində də tətbiq olunacaq.